Dövlət Turizm Agentliyində jurnalistlərə fərqli təşəkkür


Digərləri 20 İyl 2018 12:43:00 359 0

Dövlət Turizm Agentliyində jurnalistlərə fərqli təşəkkür

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.

Son.az xəbər verir ki, tədbir turistlər üçün nəzərdə tutulmuş "City Sightseeing Baku"nun avtobuslarında şəhər gəzintisi ilə başlayıb, "Atəşgah məbədi", Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşıb.

Turun əsas məqsədi "Bakı xarici turistlərin gözü ilə" konsepsiyasının, Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yeni turizm siyasətinin formalaşdırılacağı, yeni infrastruktur layihələrinin və yeni turizm məhsullarının reallaşdırılacağı, turist məmnunluğunu artırılması, bütövlükdə bu sahəyə daha innovativ və kreativ yanaşmanın həyata keçiriləcəyi haqqında məlumat verib.