Alcorcon Eddi İsrafilova qapını göstərib


İdman 20 İyl 2018 11:50:00 321 0

Alcorcon Eddi İsrafilova qapını göstərib

İspaniya çempionatının I divizonunda çıxış edən Alcorcon Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq. Goal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onunla yanaşı hücumçusu Asdrubal Padron da komandadan göndəriləcək.

Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq. İsrafilov bu ilin yanvarında Gimnastic-dən Alcorcon-a keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - Cadiz, Murcia, Granada, Eibar və Cordoba-nın formasını geyinib. Atası anqolalı, anası azərbaycanlı olan forvard 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. Eddinin hazırlıq səviyyəsi yaxşı olmadığına görə yığmanın son oyunlarına çağırılmayıb.