Qarabağ Maboenin transferi fikrindən daşınıb


İdman 20 İyl 2018 10:50:00 227 0

Qarabağ Maboenin transferi fikrindən daşınıb

Qarabağ Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted”in futbolçusu Lebohanq Maboeni transferindən imtina edib. Goal.az xəbər verir ki, buna səbəb Afrika təmsilçsinin 23 yaşlı hücumçu üçün 500 min avro tələb etməsi olub. Qarabağ-la yanaşı Belçikanın Ostende klubu da Maboeni heyətinə qatmaq fikrindən daşınıb. Qarabağ seçimini Çempionlar Liqasında çıxış etmiş hücumçudan yana edib.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən Qarabağ hələlik bir hücumçu – Mahir Mədətovu sifariş verib. Ağdam təmsilçisi hazırda forvard axtarışındadır.