Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır


Digərləri 20 İyl 2018 11:53:00 235 0

Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır

Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır

Bakı. Elçin Mehdiyev - "Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır". Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib. Y.Məmmədəliyev qeyd edib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində GTMŞ gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin