“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb


Digərləri 20 İyl 2018 11:48:49 250 0

“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Bakı. “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək. Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin