AST Telmanın otelinə müştəri tapıldı


Digərləri 20 İyl 2018 11:26:00 293 0

AST Telmanın otelinə müştəri tapıldı

Müflis olan iş adamı Telman İsmayılovun Türkiyədə əlindən alınan "Mardan Palace" otelinə müştəri tapılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, borclara görə müsadirə olunaraq "Halk Bankası"na verilən istirahət kompleksini Türkiyədə və dünyanın bir çox yerində 9 otelə sahib "Titanic Hotels" şəbəkəsi öz sıralarına qatmaq niyyətindədir. 

Belə ki, "Titanic Hotels"in İdarə Heyətinin sədri Mehmet Aygün bank rəsmiləri və AST Telmanla şəxsən görüşüb.  M.Aygün deyib ki, hazırda ilkin görüşlər keçirilib: "Belə bir kompleksin bağlı qalması ürəyimizi sızladır. Ən qısa zamanda yekun qərara gələcəyik", - deyib.