365 mindən çox iri və xırdabuynuzlu heyvan peyvənd olundu - Sarılıq xəstəliyinə qarşı (FOTO)


Digərləri 20 İyl 2018 11:10:47 203 0

365 mindən çox iri və xırdabuynuzlu heyvan peyvənd olundu - Sarılıq xəstəliyinə qarşı (FOTO)

Bu il ölkə ərazisində heyvanlarda sarılıq xəstəliyi qeydə alınmayıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, Dövlət Baytarlıq Xidməti bu ilin 6 ayı ərzində leptospiroz xəstəyinə qarşı 246 119 baş iribuynuzlu, 119 164 baş xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmələr aparıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda ölkə ərazisində heyvanlar arasında bu xəstəlik qeydə alınmayıb. Leptospiroz heyvanlarda qızdırma, sarılıq, hemoqlobinuriya, mədə-bağırsaq sisteminin atoniyası, dəri və selikli qişaların nekrozu və balasalma ilə səciyyələnir. El arasında bu xəstəliyə sarılıq da deyirlər. Qeyd edək ki, leptospiroz xəstəliyi iti, yarımiti, xroniki və simptomsuz (latent, gizli) keçə bilər. Xəstəliyin xarakteri törədicinin serovarından yox, onun virulentliyindən və orqanizminin rezistentliyindən asılıdır. Leptospirozun tipik gedişi zamanı yoluxucu prosesin inkişafının bütün mərhələləri (inkubasiya, prodromal, xarakterik simptomlar və nəticə) aydın görünür. Xəstəliyin ağır keçməsi intoksikasiya səviyyəsindən asılıdır. Xəstəlik qısamüddətli qızdırma, intoksikasiya əlamətləri, sarılıq, qanlı sidik, qan sağıntıları, selikli qişaların və dərinin nekrozu, boğaz heyvanlarda balasalma və ya yaşama qabiliyyəti olmayan balaların doğulması (xüsusən donuzlarda və atlarda) müşahidə edilir. Təsərrüfatlarda profilaktika və sağlamlaşdırıcı tədbirlərə aşağıdakılar daxildir: • təsərrüfata yeni daxil olan heyvanlarla və yemlərlə törədicinin gətirilməsinin qarşısını almaq; • leptospirozun epizootik mənbəyinin öyrənmək və ləğv olunması üçün tədbirlər görmək; • qeyri-sağlam təsərrüfatlarda peyvəndləmə işlərini aparmaq; • təsərrüfatlarda olan heyvanlarda müayinələr aparmaq; • təsərrüfat daxilində tutulan gəmiriciləri müayinədən keçirmək.