Bakıda qadın sürücü piyadanı vurub öldürdü


Digərləri 20 İyl 2018 11:12:00 190 0

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Bakıda qadın sürücü yol qəzası törədib.

Bakı. Samir Əli - Bakıda qadın sürücü yol qəzası törədib. Trend-in məlumatına görə, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib. İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.