“Azərişıq” ASC-nin balansına verilmiş külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır (FOTO)


Digərləri 20 İyl 2018 11:02:00 197 0

“Azərişıq” ASC-nin balansına verilmiş külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır (FOTO)

“Azərişıq” ASC-nin balansına verilmiş külək elektrik stansiyalarında təmir və bərpa işləri aparılır.

Bakı. “Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib. ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq “Bakıxanov” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilib. Xəzər rayonu Şağan qəsəbəsində inşa edilmiş 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunub. Bundan başqa, Abşeron rayonu Güzdək qəsəbəsində 10 kV-luq paylayıcı qurğu inşa edilib. “Ağ Şəhər” layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə “Ağ Şəhər-2” yarımstansiyasında elektrik quraşdırma işləri aparılır. “Ağ Şəhər-1” və “Ağ Şəhər-2” yarımstansiyaları arasında 13 500 metr uzunluğunda 110 kV-luq iki dövrəli kabel xətləri çəkilmiş, 35/0,4 kV-luq transformator məntəqəsi inşa edilir. Regionlar üzrə də əhalinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Qəbələ”, İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə “İsmayıllı”, 110/35/10 kV-luq 10 MVA gücündə “Topçu”, Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağdaş”, Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağcabədi-2”, Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Cavad”, Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə “Cəlilabad”, Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə “Lənkəran-2”, Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Tərtər”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Baxışlı”, Sabirabad rayonunda 35/10 kV-luq 2x4 MVA gücündə “Azadakənd” yarımstansiyaları inşa edilib. Yeni istehsal sahələrinə həssaslıqla yanaşan “Azərişıq” ASC Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin, Salyan rayonunda Qızılağac aqroparkın elektrik təchizatı üçün 35/0,4 kV-luq yarımstansiyalar inşa edilərək istismara verib. Hesabat dövründə Bakı şəhəri üzrə 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 4 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 5 ədəd yarımstansiyada cari təmir işləri aparılıb. Regionlarda 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 9 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 49 ədəd yarımstansiyada cari təmir işləri yerinə yetirilib. Elektrik enerjisinin keyfiyyətli təminatı üçün 6 ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14,4 km 110 kV-luq, 30,4 km 35 kV-luq, 242,9 km 6-10 kV-luq, 516,6 km 0,4 kV-luq kabel xətləri çəkilib. miş, 33 km 35 kV-luq, 604,8 km 6-10 kV-luq, 2417,1 km ÖİN 0,4 kV-luq hava xətləri, 12,1 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunub və 79 831 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.