Sosial şəbəkələrdə daha da aktiv olan Hesab.az platforması


Digərləri 20 İyl 2018 10:52:00 276 0

Sosial şəbəkələrdə daha da aktiv olan Hesab.az platforması

"Hesab.az" şirkəti internet şəbəkəsində öz sərhədlərini genişləndirməyə davam edir və bununla da istifadəçilərə daha yaxın olmağa çalışır.

Bakı. "Hesab.az" şirkəti internet şəbəkəsində öz sərhədlərini genişləndirməyə davam edir və bununla da istifadəçilərə daha yaxın olmağa çalışır. Artıq bir neçə ildir ki, mövcud olan sosial şəbəkədəki kanalları istifadəçiləri ilə daha sıx əlaqə yaratmağa imkan verir. Gündəlik paylaşımlar, ən son yeniliklər, sürətli geridönüş – şirkətin uğurlu şəkildə təmsil olunmasına xidmət edir. İnstagram hesablarında tez-tez müxtəlif müsabiqələr, yarışlar təşkil olunur və qaliblər müxtəlif qiymətli hədiyyələr qazanırlar. Rusiyada keçirilən futbol üzrə XXI Dünya Çempionatı Azərbaycanda da böyük maraqla izlənildi. Hesab.az da bu futbol bayramının öz izləyicilərinə daha maraqlı olması üçün çempionat ərzində facebook və instagram səhifələrində daim maraqlı paylaşımlar və müsabiqələr təşkil etdi. Önəmli oyunlarda hesabı ilk kimin açacağını öncədən düzgün təxmin edən şəxslər Hesab.az-dan hədiyyə qazandılar. Hesab.az sayəsində futbol sevgisi olan hərkəs hədiyyələr qazanmaqla yanaşı oyunları daha da maraqla izləməyə başladılar. Səhifənin qadın istifadəçiləri belə müsabiqələrdə iştirak edir və hədiyyələr qazanırdılar. Hərkəs oyunları səbirsizliklə gözləyir və yarışmalarda yüksək aktivlik göstərirdilər. Hesab.az nəinki ödəniş portalı olaraq sizə hər zaman ən yaxşı xidmət göstərməyə çalışan bir şirkət olaraq fəalyyət göstərir, eyni zamanda sizin maraq və istəklərinizi də nəzərə alaraq gündəmi yaxından izləyir. Bundan əlavə, istifadəçilərin şərhləri və fikirləri həmişə nəzərə alınır.