Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı


Digərləri 20 İyl 2018 10:57:52 229 0

Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı

Bakı Ali Neft Məktəbinin 5 məzunu BP-dən iş təklifi aldı.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunlarının uğurları davam edir. Bu il Ali Məktəbi bitirən daha 5 nəfər – Aydan Əsədova, Tərlan Əliyev, Nigar Allahverdiyeva, Nərmin Abbaslı, Mehriban Əliyeva BP şirkətinə işə qəbul olublar. Məzunlar keçən il BP-də 10 həftəlik təcrübə proqramı keçiblər. Proqram boyu öz nizam-intizamı, bilik və bacarıqları ilə seçilən tələbələr bu il məzun olan kimi heç bir müsabiqə keçmədən BP şirkəti tərəfindən iş təklifi alıblar. Proses mühəndisi, quyu mühəndisi kimi vəzifələrə təyin olunan gənc mütəxəssislərin çoxu artıq öz vəzifələrinin icrasına başlayıb.