Bakıda “ZİL” “QAZel”ə çırpılıb, 13 nəfər yaralanıb


Sosial 20 İyl 2018 10:00:57 258 0

Bakıda “ZİL” “QAZel”ə çırpılıb, 13 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən“Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlıQaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.