"Neftçi"nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır


Digərləri 20 İyl 2018 10:02:23 258 0

"Neftçi"nin baş məşqçisi: Bu, çox acınacaqlı haldır

"Bu bizim üçün çox ağır nəticədir".

Bakı. "Bu bizim üçün çox ağır nəticədir". Trend-in məlumatına görə, "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə cavab oyunundan (4:0) sonra deyib. İtaliyalı mütəxəssis həm nəticəyə, həm də komandamızı dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədiyi üçün kədərləndiyini bildirib: "Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin ki, futbolçuları oyuna düzgün kökləyə bilməmişdik".