Təhsil və Mədəniyyət nazirliklərində yüksək vəzifələrdə işləmək üçün elan edilən müsahibə başa çatdı


Digərləri 20 İyl 2018 09:24:00 248 0

Təhsil və Mədəniyyət nazirliklərində yüksək vəzifələrdə işləmək üçün elan edilən müsahibə başa çatdı

Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 14 və 15-də elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 14 və 15-də elan edilmiş daxili müsahibələrdə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində Aparat rəhbərinin müavini - şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.