Olimpiya mükafatçısının ölümündə şübhəli bilinən 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib FOTO


Digərləri 20 İyl 2018 09:05:00 265 0

Olimpiya mükafatçısının ölümündə şübhəli bilinən 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib  FOTO

Soçi-2014 Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı Denis Tanın öldürülməsi ilə bağlı istintaq işini Qazaxıstanın baş prokuroru Kayrat Kojamjarov şəxsən öz nəzarətinə götürüb. Fiqurlu konkisürənin qətlində şübhəli bilinən iki nəfərin şəxsiyyətini müəyyənləşdiriblər. 

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Tengrinews.Kz  Qazaxıstanın DİN-nə istinadən  məlumat verib. 

Şübhəli bilinən 1 nəfər saxlanılıb və müvəqqəti saxlanma təcridxanasına aparılıb. İkinci şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


Xəbərə aid fotolar