Tramp Putini Vaşinqtona dəvət edib


Dünya 20 İyl 2018 08:12:00 213 0

Tramp Putini Vaşinqtona dəvət edib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu ilin payızında Vaşinqtona dəvət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders deyib: "Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun işgüzar səviyyədə davam etdirilməsi ilə razılaşıb. Prezident Tramp Con Boltondan (milli təhlükəsizlik üzrə müşavir) prezident Putini payızda Vaşinqtona dəvət etməsini istəyib".