Almaniyada vətəndaşlığı olmayanlar da polis işləyə biləcəklər


Dünya 20 İyl 2018 07:48:00 333 0

Almaniyada vətəndaşlığı olmayanlar da polis işləyə biləcəklər

Almaniyada polis olmaq üçün heç vaxt indiki qədər geniş imkanlar olmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu il təkcə Şimali Reyn-Vestfaliya federal əyaləti bakalavr proqramı üzrə pulsuz təhsil üçün 2300 yer təklif edir. Buraxılışdan sonra gənc mütəxəssislər xidmətə başlayırlar. Gələcək polislərdən hansı keyfiyyətlər tələb olunur? Almaniya vətəndaşı olmayanlar ərizə verə bilərlərmi?

Polis məktəblərinə qəbul olunanların boyu ən azı 163 santimetr, yaşı ən çoxu 37 olmalıdır. Onlar orta təhsil haqqında attestat təqdim etməli, ingilis dilini azı B1 səviyyəsində bilməlidirlər. Almaniyanın, yaxud Avropa İttifaqı ölkələrindən birinin vətəndaşı olmaq polis təhsili almaq üçün əsas tələblərdən biridir.