İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi


Digərləri 20 İyl 2018 01:30:00 278 0

İbtidai insanların Afrika qitəsindən ayrılmasının tarixi dəyişdi

Britaniya və Çin arxeoloqları tərəfindən aparılan tədqiqatların yekunu sübut edib ki, ibtidai insanlar Afrika qitəsindən əvvəllər güman edildiyi kimi 1,85 milyon il deyil, 2,12 milyon il əvvəl ayrılıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, arxeoloqların Çinin Şanqçen əyalətində aşkar etdikləri artefaktlar və insan skeletləri ibtidai insanların başqa qitələrə yayılması tarixini yenidən yazmağa imkan verib. Britaniya və Çin alimləri arxeoloji tapıntıları öyrəndikdən sonra belə qənaətə gəliblər ki, onlar 2,1 milyon il əvvəl yaşamış homosapienslərə aiddir.

Çin Elmlər Akademiyasının professoru Çoyu Çu və Ekseter Universitetinin professoru Robin Dennell arxeoloji qazıntıların yekunlarına dair keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, tapılmış 96 artefakt afrikalı ibtidai insanların Şərqi Asiyada 2 milyon il əvvəl məskunlaşdıqlarını göstərir.