Günün qoroskopu: hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın


Digərləri 20 İyl 2018 00:01:00 312 0

Günün qoroskopu: hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz.

Normal istirahət edin.

Buğa - Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.

Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun.

Ötənləri xatırlayıb köks ötürməyin.

Əkizlər - Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın.

Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın.

Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar.

Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir.

İntuisiyanızın səsini dinləyin.

Xərçəng - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin.

Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar.

Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin.

Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq.

Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun.

Şir - Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin.

Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın.

Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin.

Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin.

Qız - Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin.

Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin.

Problemli sahəni maneələrlə sədlərdən təmizləyin.

Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək.