Quran surələri ilə qisa tanişliq – “Səbə” surəsi


Digərləri 19 İyl 2018 23:55:00 579 0

Quran surələri ilə qisa tanişliq – “Səbə” surəsi

"Səbə" (Səba) surəsi 54 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Məlum olduğu kimi, Məkkədə nazil olmuş surələrdə, əsas etibarilə İslam maarifi, etiqadi üsullar, məxsusən, tövhid, məad və nübüvvətdən bəhs edilir.

Bu surədə "Səba" qövmünün sərgüzəştindən söz açıldığı üçün surə "Səbə" adlandırılmışdır və surədə bu mövzuya daha çox önəm verilmişdir. (Sәbа әhli Yәmәndә yаşаyаn qәdim әrәb qövmüdür və tarixə görә, оnlаrın ulu bаbаlаrının аdı Sәbа оlmuşdur.)

Son.az maide.az-a istinadən bildirir ki, ümumiyyətlə, "Səbə" surəsinin möhtəvasını beş hissəyə bölmək olar:

1. "Tövhid", varlıq aləmində Allahın nişanələri, Onun "tövhid", "rübubiyyət" və "üluhiyyət" kimi vəsflərindən söz açılır.

2. "Məad" - ölümdən sonrakı həyatdan bəhs olunur və bu mövzuya daha çox yer ayrılır.

3. Peyğəmbərlərin, məxsusən, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən, düşmənlərin bəhanə və inadkarlığından, eləcə də, keçmiş peyğəmbərlərin bəzi möcüzələrindən danışılır.

4. Allahın böyük nemətlərindən bir qismi, Süleyman peyğəmbərlə Səba qövmünün sərgüzəştinin bir guşəsi şərh olunmaqla şükür edənlər və nankorların aqibəti və taleyindən söhbət olunur.

5. Bəşər təfəkkür, iman və saleh əmələ dəvət olunur, onun səadət və xöşbəxtliyində bu amillərin təsirindən söz açılır və haqq axtarışında olanlar üçün hərtərəfli proqramlar irəli sürülür.

"SƏBƏ" SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ