İraqda etirazlar: 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb FOTO


Dünya 19 İyl 2018 23:56:00 295 0

İraqda etirazlar: 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb  FOTO

İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə İraqın İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. İğtişaşlar nəticəsində yaşayış evləri, inzibatı binalar, partiyaların mənzil-qərargahları daxil olmaqla  47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. Hüquq-mühafizə orqanları tərəfindən 302 nümayişçi saxlanılıb.


Xəbərə aid fotolar