Azərbaycan Prezidenti İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb (FOTO)


Digərləri 19 İyl 2018 23:40:57 241 0

Azərbaycan Prezidenti İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb (FOTO)

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb

Bakı. İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb. “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirdi. Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparıldı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin