Mağaza çörəklərinin insanı məhvə aparan təsiri Satışda olan mayalı


Digərləri 19 İyl 2018 23:25:00 345 0

Mağaza çörəklərinin insanı məhvə aparan təsiri  Satışda olan mayalı

Çörək bir neçə əsrdir ki, insanların hər gün qəbul etdiyi vacib ərzağa çevrilib. Uşaqlıqdan bizi hər yeməyi çörəklə yeməyə alışdırıblar: hətta makaronla da çörək yeyən var.  Çörək əlçatan, ucuz və rahat qidadır. Nənələrimiz bizə öyrədib ki, çörəyi xarab etmək, atmaq olmaz. Hətta indiyə kmi boyat çörəyi  qurudub suxarı edib istifadə edənlər var.

Son zamanlar mağazalarda artan müxtəlif zavod çörəkləri içində ən ucuzu və ən böyüyünü seçənlər və yeməkdən çox çörək yeyənlər, uşaqlarına da daha çox çörək yedirənlər bu yazını mütləq oxusun. Yaxşı çörək seçməyi, yaxşı çörək bişirməyi bacarnalıyıq. Alınmırsa, çörəkdən imtina etməliyik.

Son.az medicina.az-a istinadən mağazada satılan çörəklərin almamaq üçün 5 əsas səbəbi təqdim edir:

1. Buğda növünün dəyişməsi, yetişdirilməsi və saxlanması şərtləri

Qədimdə ulu babalarımızın çörəyi nədən bişirdi? Bu geni dəyişməmiş buğda idi, təmiz torpaqda yetişdirilirdi, kimyəvi dərman vurulmurdu, oraqla biçilirdi,  xırmanda sovrulurdu, dəyirmanda üyüdülürdü. Müasir dövrdə məhsuldarlıq artsın deyə buğdanın geri dəyişdirilib, torpaqlar dərmanlanır, buğdaya pestisidlər səpilir ki, xarab olmasın. Buğdanı uzun müddət saxlamaq və qorumaq üçün kimyəvi qatqılar vurulur. Və sonda sənaye üsulu ilə buğdadan rafinə olunmuş, kəpəksiz ağ un hasil olur.   GMO buğda toxumu qədimdə yetişdirilən əsl buğdadan çox fərqlidir. Hətta indi hər ölkədə yetişdirilən buğdanın tərkibi də fərqlidir. Məsələn, Yaponiyada olan toxumun mineral tərkibi daha zəngindir. Bizim hansı növ buğdadan çörək yediyimizi heç kim bilmir. Çünki biz hazır çörəyi alırıq. Bunu araşdırmaq isə dəryada qum axtarmaq kimi çətindir.

2.Rafinə olunmuş un

Qədimdə nənələrimiz evdə kobud undan çörək bişirərdi. O un indikilər kimi ağappaq, yumşaq və hamar deyildi. Ələkdən belə çətinliklə keçirdi, kobud kəpəkli idi. Hətta evlərdə əl dəyirmanında buğdanı üyüdüb un əldə edirdilər. Əsl organik un idi.  Müasir unu isə rafinə edirlər. Bu prosesdə unda olan bütün kəpək ayrılır, toxumun əsas faydalı elementlərini özündə toplayan hissə götürülür. Bu unda buğdanın nə nüvəsi var, nə qabığı. Halbuki buğdanın məhz qabığı bioloji aktivdir, B qrup vit aminlərlə zəngindir. Rafinə olunmuş ağappaq un - boş, kasıb və faydasız qidadır. Orqanizmə heç  bir faydası yoxdur ki, ziyanı var.

3.Unun ağardılması