Putin Ukrayna və Gürcüstana görə xəbərdarlıq etdi


Dünya 19 İyl 2018 23:13:00 253 0

Putin Ukrayna və Gürcüstana görə xəbərdarlıq etdi

“Rusiyaya birbaşa təhlükə yaradan bu cür aqressiv addımlara mütənasib cavab veriləcək”

"Rusiya NATO tərəfindən atılan aqressiv addımlara mütənasib şəkildə cavab verəcək, Ukrayna və Gürcüstanı Alyansın sıralarına daxil etməyə tələsənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə düşünməlidir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının dünya ölkələrindəki səfirləri və daimi nümayəndələri ilə görüşündə bildirib.

"Rusiyaya birbaşa təhlükə yaradan bu cür aqressiv addımlara mütənasib cavab verəcəyik" - deyə Putin vurğulayıb.