Erməni nazir BMT baş katibi ilə Qarabağı müzakirə etdi


Dünya 19 İyl 2018 23:14:00 288 0

Erməni nazir BMT baş katibi ilə Qarabağı müzakirə etdi

XİN başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişəsinin sülh yolu ilə həllinə dair danışqılara sadiq olduğunu iddia edib

Nyu-Yorkda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla BMT-nin baş katibi Antonio Quttereş arasında görüş baş tutub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, nazir görüş zamanı qeyd edib ki, Ermənistan BMT çərçivəsində çoxtərəfli əməkdaşlığa böyük önəm verir.

BMT baş katibi Antonio Quttereş isə vurğulayıb ki, o, Ermənistandakı inqilab və daha sonra baş verən dəyişikliklərə heyrətlənib. Onun sözlərinə görə, BMT ölkə üçün əhəmiyyəti olan istiqamətlər üzrə sonrakı inkişafı dəstəkləməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinə də toxunan Mnataskanyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu münaqişəsinin sülh yolu ilə həllinə dair danışqılara sadiq qaldığını iddia edib.