Azərbaycan istifadəçilərinin 2/3si kibertəhdidlərlə qarşılaşıb


Digərləri 19 İyl 2018 23:15:00 221 0

Azərbaycan istifadəçilərinin 2/3si kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Kaspersky Lab" bəyan edib ki, bu göstərici demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb.

Bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin "Kaspersky Lab"ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda "Android" istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.