Türkiyə və İsrail arasında yeni qalmaqal:


Dünya 19 İyl 2018 23:18:00 258 0

Türkiyə və İsrail arasında yeni qalmaqal:

Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın İsrail Knessetində qəbul edilən "Yəhudi Milli Dövləti" qanunu sərt şəkildə tənqid edib.

Türkiyə rəsmisi qeyd edib ki, ölkəsi İsrail parlamentində qəbul olunan bu qərarı ən sərt şəkildə qınayır: "Fələstin xalqını öz ana vətənlərindən silməni ifadə edən bu irqçi qanunun qəbul edilməsi tamamilə qəbuledilməzdir".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İsrail parlamenti ölkənin "Yəhudi xarakteri haqqında" Konstitusiya qanunu qəbul edib. Qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.

Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə "xüsusi status" verilir.

"Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir" - deyə baş nazir Benyamin Netanyahu bildirib.