Saqqal saxlamağın möhtəşəm faydaları


Digərləri 19 İyl 2018 23:10:00 326 0

Saqqal saxlamağın möhtəşəm faydaları

Aparılan araşdırmalara görə, saqqal saxlamağın bir çox faydası var.

Elm adamları hər kişinin özünə yaraşdığını düşündüyü saqqalın sadəcə görüntüdən ibarət olmadığını, eyni zamanda bir çox faydasının da olduğunu bildirirlər.

Son.az publika.az-a istinadən saqqalın bilinməyən faydalarını təqdim edir.

Saqqal saxlamaq intibah dövründən, yəni 16-cı əsrdən sonra geniş şəkildə yayılmağa başlayıb. Lakin tarix boyu saqqal saxlamaq anlayışına müxtəlif don geyindirilib. Buna görə də bəzən üzü təraş etmək aristokratlıq əlaməti hesab edilib, bəzən isə müdrikliyin simvolu olub. Elm adamlarına görə saqqal saxlamaq üzü gözəlləşdirir. Çünki saqqal cildi xəstəliklərdən və viruslardan qoruyan xüsusi antibiotik maddə istehsal edir.

Saqqalın faydaları nələrdir?

İnfeksiyaların qarşısını alır:

Daimi şəkildə təraş edən kişi cildində pul-pul dəri tökülmələri problemini yaşayır. Saqqalsız kişilər infeksiya qapmaq riskinə qarşı müdafiəsizdir. Təraş olmaqdan vaz keçərsəniz, cildinizdə əmələ gələcək follikulit və bakterial infeksiyaya görə narahatlıq keçirmənizə gərək qalmaz.

Cildi qüsursuz edir:

Təraşdan sonra dəridə yaranan qızartılar, ləkələr və kəsiklər kişilərin ən çox üz-üzə gəldiyi problemlərdir. Qüsursuz cildə sahib olmaq üçün tez-tez təraş olmaqdan vaz keçmək lazımdır.