UEFA Avropa Liqası: "Keşlə" növbəti mərhələyə vəsiqə qazandı


Digərləri 19 İyl 2018 23:04:00 326 0

UEFA Avropa Liqası: "Keşlə" növbəti mərhələyə vəsiqə qazandı

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir

Bakı. Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Trend-in məlumatına görə, Azərbaycanın "Keşlə" klubu Maltanın "Baltsan" klubunu qəbul edib. Oyun "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını S.Meza (11-ci dəqiqə) və S.Alxasov (90+1-ci dəqiqə) vurublar, "Baltsan"ın qolunu isə A.Majdevaç (90+6-cı dəqiqə) vurub.