Ağsuda yol qəzası baş verib


Digərləri 19 İyl 2018 22:52:00 293 0

Ağsuda yol qəzası baş verib

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, "QAZEL" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.