Zalımlarla birlikdə yaşamaq – insan üçün bədbəxtlikdir


Digərləri 19 İyl 2018 22:50:00 226 0

Zalımlarla birlikdə yaşamaq – insan üçün bədbəxtlikdir

Quran buyurur: "Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: "Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?".

Onlar deyərlər: "Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbir edək - birdir, bizə heç bir çıxış yolu yoxdur"". ("İbrahim" 21).

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala sonrakı ayədə buyurur: "Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır". ("22).

Ona görə də İmam Hüseynin (ə) Kərbəlada etdiyi ilk xütbədə bu həqiqəti dərk edə bilirik. Həzrət bu xütbədə buyurmuşdu: "Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur, batildən uzaqlaşılmır? Bu halda yaxşı olar ki, mömin İlahi liqanı istəsin. Mən ölümü xoşbəxtlikdən başqası bilmirəm. Zalımlarla yaşamağı isə bədbəxtlikdən başqası  bilmirəm".