Gözəl olmaq üçün darçından istifadə edin


Digərləri 19 İyl 2018 22:33:00 248 0

Gözəl olmaq üçün darçından istifadə edin

Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa, gözəlliyə də bir çox faydası var.

Son.az axşam.az-a istinadən darçının faydalarını sizlərə təqdim edir:

Daha parlaq qızılı saçlar

Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.

Təbii dodaq balzamı

Ərimiş  Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.

Parlaq və təbiilik

Qış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.

Göbələk infeksiyası

Qadınların sıx rastlaşdığı göbələk infeksiyası ilə mübarizə üçün gündə bir neçə stəkan darçın çayı için.