Həzrət Yəhya və Həzrət İsanın adları eyni mənanı daşıyır


Digərləri 19 İyl 2018 22:40:00 315 0

Həzrət Yəhya və Həzrət İsanın adları eyni mənanı daşıyır

Allah Təala Qurani-Kərimdə buyurur: "Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: "Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyüyü və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir"". ("Ali-İmran" 39).

O zaman ki, Zəkəriyya (ə) namaz üçün mehrabda dayanır, mələklər ona səsləndilər: "Allah sənə Yəhya (ə) adlı övladla müjdə verir ki, Həzrət İsanı (ə) təsdiq edəcəkdir. O, seyyiddir, sərvərdir, saleh peyğəmbərlərdəndir".

Son.az deyerler.org-a istinadən bildirir ki, tarixin yazdığına görə Həzrət Yəhya (ə) Həzrət İsadan (ə) 6 ay böyük olmuşdur. İnsanların arasında zahidliyi və təqvası ilə məşhur olmuşdur. Xalası oğlu İsaya (ə) xüsusi məhəbbəti olmuşdur. Maraqlısı budur ki, həm "Yəhya" və həm də "İsa" sözlərinin mənası eynidir və hər ikisi də "sağ qalan" deməkdir.

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Pak qəlbdən edilən dualar qəbul olar.

2. Keçmiş dinlərdə də namaz olmuşdur.

3. Məscidin mehrabı xüsusi müqəddəsliyə malikdir.