Səudiyyə Ərəbistanı: Dünyanın neft ehtiyatları azalacaq


Digərləri 19 İyl 2018 22:29:00 267 0

Səudiyyə Ərəbistanı: Dünyanın neft ehtiyatları azalacaq

OPEK+ sazişinin yerinə yetirilməsi monitorinqi üzrə texniki komitənin sədri və OPEKdə Səudiyyə Ərəbistanının nümayəndəsi Ədib əl-Əama ilin ikinci yarısında neft ehtiyatlarının sürətlə azalması proqnozu ilə çıxış edib.

Son.az oxu.az-a istinadən bildirir ki, əl-Əama bunu neftə olan davamlı tələbat və mövsümi amillərlə əsaslandırıb.

O qeyd edib ki, iyulda Səudiyyə Ərəbistanının neft ixracı təqribən iyun ayı səviyyəsində qalacaq, amma avqustda sutkada 100 min barrelə yaxın azalacaq.  

Əl-Əama əlavə edib ki, Səudiyyə Ərəbistanı yalnız istehlakçılara tələb olan həcmdə neft ixrac edir və bazara müştərilərin tələbatından artıq neft çıxarmağa cəhd göstərmir.