Moskvada qalmaqallı vəkil Elman Paşayev saxlanıldı


Dünya 19 İyl 2018 21:46:00 455 0

Moskvada qalmaqallı vəkil Elman Paşayev saxlanıldı

Moskvaətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti "Elman Qrup"un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, o, zorla pul qoparmaqda şübhəli bilinir.

İstintaqın versiyasına görə, E.Paşayevin müştərisi keçmiş moskvalı, amma hazırda ABŞ vətəndaşı olan SvetlanaTverskayadır.

2015-ci ildə S.Tverskaya barəsində, Moskvanın mərkəzində iki boş yaşayış binasına reyder basqınında ittiham üzrə, beynəlxalq axtarışa elan edilmişdi. 2017-ci ildə o, Birləşmiş Ərəb Əmirliklərində saxlanılmış və Rusiyaya ekstradisiya edilmişdi. 2018-ci ilin fevralında E.Paşayev məhkəmənin, müştərisi barədə həbs qərarını ev dustaqlığına dəyişdirməsinə nail olmuşdu. Sonra hüquqşünas "Dolqi.ru" portalının yaradıcısı Pavel Daşevskiyə, guya Tverskaya ilə bağlı məsələdə sözünün arxasında dayanmadığı üçün, təzyiqlər göstərməyə başlayıb və ondan 230 min dollar tələb edib. Elə bu tələblə də polisə müraciət edib və nəticədə zorla pul qoparmada şübhəli bilinərək saxlanılıb.