“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi


Dünya 19 İyl 2018 21:23:00 268 0

“Charlie Hebdo” Fransa millisini meymunlara bənzətdi

Fransanın satirik "Charlie Hebdo" jurnalı son buraxılışını ölkə millisinin futbol üzrə dünya çempionatında qazandığı qələbəyə həsr edib.

Son.az oxu.az-a istinadən bildirir ki, nəşr üz qabığında komandanın oyunçularını Fransa prezidenti Emmanuel Makronun başı ilə əks etdirib.

Digər bir karikaturada isə millinin üzvləri Dünya kubokunu bananla səhv salan meymunlar kimi təqdim ediliblər. Heyvanlara dünya çempionatının baş mükafatı təqdim olunur. Onlardan biri "Banan!" deyir, digər isə "Bu portağaldır!" söyləyir.