Bakıda tanışını öldürən beş il cəza alıb


Digərləri 19 İyl 2018 21:24:00 227 0

Bakıda tanışını öldürən beş il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Sabit Bağırovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu il mayın 23-də Babək prospektindəki kafelərdən birinin qarşısından Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada kəskin qanitirmədən keçinib.

Həmin gün Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Sabit Bağırovu saxlayıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Bağırova 11 il cəza təyin edilməsini xahiş edib.