İranda "İnstagram" əməliyyatı: 46 nəfər tutuldu


Digərləri 19 İyl 2018 21:15:00 362 0

İranda "İnstagram" əməliyyatı: 46 nəfər tutuldu

İran polisinin keçirdiyi "İnstagram" əməliyyatı nəticəsində 46 nəfər həbs edilib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyatda "İnstagram" sosial şəbəkəsində "uyğunsuz" adlandırılan paylaşımlar edən 46 nəfər polis bölməsinə aparılıb.

8-i qadın olmaqla "İnstagram"da açıq-saçıq və cəmiyyət tərəfindən qəbul edilməyən fotolar paylaşan şəxslərin bəziləri fotoqraf, bəziləri isə gözəllik və şadlıq saraylarında işləyirlər.