Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb FOTO


Digərləri 19 İyl 2018 21:16:00 259 0

Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb  FOTO

"Dostluq körpüsü" II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb.

Festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.


Xəbərə aid fotolar