Qarpızın baha satılması geniş müzakirələrə yol açıb


Digərləri 19 İyl 2018 21:04:00 310 0

Qarpızın baha satılması geniş müzakirələrə yol açıb

Ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda sözün əsl mənasında kəllə-çarxa çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bazarlara çıxarılan qarpız tələbi ödəmədiyindən keçən ilki qiymətdən 3 dəfəyə qədər baha satılır.

Satıcılar qarpızı yerindən baha aldıqlarını deyirlər. Onların sözlərinə görə, qarpıza həddindən artıq tələbin olması yerində qiymətləri bahalaşdırıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Nicat Nəsirli bu il qarpızın qiymətinin kəskin bahalaşmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, başlıca səbəb bostan sahələrinin xeyli azalmasıdır. Əgər 2008-ci ildə 28 min hektarda qarpız əkilmişdirsə, bu rəqəm ildən-ilə azalaraq 18 min hektara qədər düşüb.

Nicat Nəsirli, qiymət baha olmasının digər səbəblərini də açıqlayıb.