Bakıda qaz xəttinin yaxınlığındakı zibilxana yandırılır


Digərləri 19 İyl 2018 21:07:00 374 0

Bakıda qaz xəttinin yaxınlığındakı zibilxana yandırılır

Surxanı rayonu, Hövsan qəsəbəsində qaz xəttinin yaxınlığındakı zibilxananın yandırılması sakinlərin narahatlığına səbəb olub. Çünki ətrafda sıx yaşayış olduğundan onlar partlayışın olma ehtimalının böyük olduğunu bildirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əraziyə baxış keçirən zaman zibilxananın ətrafına tökülən tullantıların yandırıldığı açıq-aydın bəlli olur. Üstəlik, yandırılan ərazi qaz borusuna o qədər yaxındır ki, borunun üst hissəsi də qaralıb.

Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 206-218 ünvanından gedir.

Sakinlərin sözlərinə görə, yaşayış binaları və həyət evlərininin sakinlərinin tullantılarını atdığı zibilxanın ətrafı tez-tez yandırılır. Sakinlər isə bunun ərazidə təhlükəyə səbəb olacağını bildirirlər.