Müəllim olmaq istəyənlər imtahanda yüksək nəticə göstərdi


Digərləri 19 İyl 2018 20:27:00 297 0

Müəllim olmaq istəyənlər imtahanda yüksək nəticə göstərdi

İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

İbtidai sinif müəllimliyi üzrə imtahanlar bu gün də davam edib. Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcək. Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur.