Yaponiya İrandan neft tədarükünü tamamilə dayandıracaq


Dünya 19 İyl 2018 20:18:00 273 0

Yaponiya İrandan neft tədarükünü tamamilə dayandıracaq

Yaponiya İrandan neft tədarükünü oktyabradək tamamilə dayandıracaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu Yaponiyada çıxan "Nikkei" qəzeti yazıb.

Yaponiya Xarici İşlər Nazirliyindən adının açıqlanmasını istəməyən yüksək vəzifəli məsul şəxs bildirib ki, müttəfiqlərinin məqsədi İrandan neft idxalını oktyabr ayına qədər sıfıra endirməkdir.