Zaqatalada qeyriadi darvaza görənləri heyrətləndirir VİDEO FOTO


Digərləri 19 İyl 2018 20:00:00 335 0

Zaqatalada qeyriadi darvaza görənləri heyrətləndirir  VİDEO  FOTO

Zaqatalanin Car kənd sakini Əsildar Buğayevə məxsus darvaza görənlərin böyük marağına səbəb olur.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, darvazada rok musiqi qrupunun təsviri canlandırılıb.

8 il öncə ev sahibinin oğlu Ruslan hələ 9-cu sinifdə oxuyarkən ailəsindən gizli darvazaya adi divar boyasi ilə rok musiqiçilərinin təsvirini çəkib. Atası oğlunun şəkil çəkməyə və rok musiqisinə olan marağından, şəkli hər kəsdən gizli çəkdiyini, hətta yoldan maşın keçəndə görməsinlər deyə gizlənə-gizlənə çəkdiyini deyib. Bu şəkilli darvaza sakinlərlə yanaşı kəndə gələn yerli və əcnəbi turistləri də cəlb edir.

Çəkilən tablonu bəyənənlərlə yanaşı, ev sahibinə irad bildirənlərdə az deyil. Bununla belə atanın övladının əl işi olan darvazanı yenidən boyamağa əli gəlmir. Turistlərin icazə istəyərək darvaza önündə şəkil çəkdirdiklərini və eyni zamanda bəzi kənd sakinlərinin və qohumların ona irad bildirdiklərini qeyd edib.


Xəbərə aid fotolar