Ötən il əməyin mühafizəsi üzrə 3 mindən artıq pozuntu aşkarlanıb


Digərləri 19 İyl 2018 19:32:00 307 0

Ötən il əməyin mühafizəsi üzrə 3 mindən artıq pozuntu aşkarlanıb

2017-ci il ərzində həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3 191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.

Bakı. Samir Əli - 2017-ci il ərzində həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3 191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar. Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbirdə deyib. S.Möhbalıyev qeyd edib ki, müayinə nəticəsində 319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 4760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin təhlükəsizliyini artırıb və risk faktorunu azaldıb.