Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlandı


Digərləri 19 İyl 2018 19:25:00 244 0

Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlandı

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, E.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilib.