İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başa çatıb


Digərləri 19 İyl 2018 19:02:00 272 0

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başa çatıb

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb.

Bakı. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin