"Nar" ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi


Digərləri 19 İyl 2018 18:12:00 268 0

"Nar" ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

"Nar" mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün "Nar" operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu. 

Hazırda kənd ərazisində "Nar"-ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik "Nar" şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb. 

Sakinlərin böyük sevincinə səbəb olan bu hadisə münasibətilə "Nar" Arvana kəndində maraqlı tədbir keçirdi. Sakinlərin görüşünə gələn "Nar" yerlilərə pulsuz nömrələr, internet və danışıq balansı və digər dəyərli hədiyyələr təqdim etdi. Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qaldılar. 

Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldırdığına görə mobil operatora minnətdarlığını bildirdi. Kənddən xüsusi hazırlanmış video çarxı buradan izləyə bilərsiniz.


Xəbərə aid fotolar