Azərbaycanın bu hissələrində logistika və ticarət mərkəzi yaradılacaq FOTO


Digərləri 19 İyl 2018 17:50:00 443 0

Azərbaycanın bu hissələrində logistika və ticarət mərkəzi yaradılacaq  FOTO

2017-ci ildə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 60 faizi tam icra edilib, 27 faizi qismən icra edilib, 13 faizi isə icra edilməyib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ""Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, ötən ilin oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin təntənəli açılış mərasimi keçirilib: "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yüklərin tədricən daşınmasına başlanılıb. Belə ki, Qazaxıstandan göndərilən qatar Türkiyənin Mersin limanına çatıb, blok qatar limanda yüklənərək həmin istiqamətdə geri göndərilib, daha sonra isə ikinci yük qatarı Qazaxıstandan yola salınıb. Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi məqsədilə müxtəlif iqtisadi fəaliyyət sektorları üzrə məlumatlar toplanılıb və növbəti 5 il üzrə ümumi idxal-ixrac proqnozlaşdırılıb. Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması məqsədilə üç əsas layihə üzrə işlərin gedişatının (tərəfdaş ölkələrdəki işlər daxil olmaqla) izlənilməsi üzrə xüsusi monitorinq sisteminin yaradılması ilə bağlı təkliflər hazırlanıb. Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində logistika sahəsində həcm və dəyər artımı baxımından irəliləyişə nail olmaqda qarşıya çıxan əsas çatışmazlıqların müəyyən edilməsi məqsədilə xarici ekspertlərlə əməkdaşlıq qurmaq üçün Asiya İnkişaf Bankının eksperti ilə görüş keçirilib. Bu istiqamətdə, eləcə də çatışmazlıqların müəyyən edilməsinə dair ekspert tərəfindən hazırlanmış tövsiyələr təhlil edilib, mövcud çatışmazlıqlar və onların aradan qaldırılmasına dair növbəti illər üzrə müvafiq tədbirlər planları hazırlanıb".


Xəbərə aid fotolar