Bakıda “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans keçirilib FOTO


Digərləri 19 İyl 2018 17:33:00 279 0

Bakıda  “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans keçirilib  FOTO

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyulun 19-da Bakı şəhərində  "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri"  mövzusunda konfrans  keçirib.  "Sputnik" Azərbaycanın Konfrans zalında keçirilən tədbirə jurnalist təşkilatlarının, KİV qurumlarının, QHT-lərin təmsilçiləri qatılıblar. 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Xəbər istehsalçıları üçün "Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri" mövzusunda konfrans və seminarların  təşkili" layihəsi çərçivəsində baş tutub. 

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  Gəncədə baş verən son hadisələr zamanı bir daha təsdiq olundu ki, xəbər istehsalçılarının "kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə" yanaşmaları  problemlidir: "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında açıq şəkildə göstərir ki, terror hadisələri zamanı terror törədən şəxsin fikirlərinin, ideyalarının cəmiyyətə açıqlamasına yol vermək olmaz. Amma bəzi  qeyri-peşəkar xəbər istehsalçıları nəinki Yunis Səfərovun "ideyalarını" yaydılar, həmçinin, ona dolayısı ilə  dəstək nümayiş etdirdilər. Bu və digər nümunələr deməyə əsas yaradır ki, əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır.  Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də  hüquqi bilgisizliklə, yanlış terminlərin  istifadə edilməsilə bağlıdır". 


Xəbərə aid fotolar